Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Pakistan təhlükəsizlik qüvvələri ölkənin cənub-qərbində silahlıların iki sığınacağına basqınlar edərək ümumilikdə 41 silahlını zərərsizləşdiriblər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Al Arabiya" hərbi idarəyə istinadən məlumat yayıb.
Qeyd edilib ki, Bəlucistan əyalətinin Pəncqur rayonunda keçirilən ilk əməliyyat nəticəsində 30 silahlı öldürülüb, həmin əyalətin Xarnay rayonunda keçirilən ikinci əməliyyatda isə daha 11 nəfər məhv edilib.
Hər iki əməliyyat cümə axşamı baş tutub, Pakistan tərəfi heç bir əsgərini itirməyib.
Hərbçilər vurğulayıblar ki, öldürülənlər Hindistanın dəstəklədiyi qruplaşmanın üzvləri idilər.
Həmçinin qeyd olunub ki, silahlılar təhlükəsizlik qüvvələrinə qarşı çoxsaylı hücumlarda və bank soyğunlarında iştirak etmişdilər.