Pakistanda 43 yaraqlı məhv edilib

13.11.2026

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Pakistanın təhlükəsizlik qüvvələri son iki gün ərzində ölkənin şimal-qərbində keçirilən iki reyddə 43 yaraqlını məhv edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Al Arabiya" Pakistanın hərbi idarəsinə istinadən məlumat yayıb.

Açıqlamaya əsasən, əməliyyatlar Əfqanıstanla sərhəd olan Xayber-Paxtunxva vilayətinin Mir-Əli və Orakzay rayonlarında həyata keçirilib. Reydlər zamanı həmçinin silah, sursat və partlayıcı qurğular ələ keçirilib.

Hərbi idarə məhv edilmiş şəxsləri xaricilər adlandırıb - bu, Pakistan hakimiyyətinin Əfqanıstandan dəstək aldığı güman edilən yaraqlıları, o cümlədən qadağan olunmuş "Təhrik-e-Taliban Pakistan" (TTP) qruplaşması ilə əlaqəli olanları ifadə etmək üçün istifadə etdiyi termindir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью