Pakistanda 5,3 bal gücündə zəlzələ baş verib Doğru Xəbərlər

13.11.2024

Icma.az xəbər verir, Dogru.az saytına əsaslanaraq.

Pakistanda 5,3 bal gücündə zəlzələ baş verib.

Doğru.az xəbər verir ki, zəlzələ paytaxt İslamabad da daxil olmaqla bir sıra əyalət və rayonlarda hiss olunub.

Pakistan Meteorologiya İdarəsinin məlumatına görə, zəlzələnin dərinliyi 220 kilometr, episentri isə Əfqanıstanın Hinduquş silsiləsində olub.

Yeraltı təkan əhali arasında təşviş yaradıb. Mülki müdafiə qüvvələri zəlzələdən sonra insan tələfatı və dağıntı olmadığını açıqlayıb. Ərazidə yoxlamalar aparılır.

DOĞRU.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью