Pakistanda 70 terrorçu öldürüldü

31.01.2026

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Pakistan təhlükəsizlik qüvvələri ölkənin qərbindəki Bəlucistan əyalətinin bir neçə ərazisində silahlı qrupların hücumlarının qarşısını alıb.

Oxu.Az "Dawn"a istinadən xəbər verir ki, bu barədə əyalət hökumətinin rəsmisi Şahid Rind bildirib.

"Terrorçular Bəlucistanın bəzi ərazilərində hücum etməyə cəhd göstəriblər. Asayiş keşikçiləri vaxtında tədbir görüb və hücumların qarşısını alıblar. Təhlükəsizlik qüvvələri iki gün ərzində əyalətdə keçirilən əməliyyatlar zamanı 70 terrorçunu məhv ediblər", - deyə Rind bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью