Pakistanda 9 terrorçu zərərsizləşdirilib

08.10.2026

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 8 oktyabr, AZƏRTAC

Pakistanın şimal-qərbində keçirilən xüsusi əməliyyat zamanı 9 terrorçu məhv edilib.

AZƏRTAC “Associated Press of Pakistan” informasiya agentliyinə istinadla xəbər verir ki, əməliyyat Xayber Paxtunxva əyalətinin Şimali Vəziristan rayonunda keçirilib. Məlumata görə, məhv edilənlər arasında 4 əsas terrorçu komandir də olub.

Əməliyyat zamanı terrorçuların sığınacaqları dağıdılıb, silah və sursatları ələ keçirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью