Pakistanda aeroport yaxınlığında partlayış Video

08.05.2025

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Pakistanın Lahor şəhərində bir neçə partlayış baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən “Samaa TV” telekanalı yayıb. 

Bildirilib ki, partlayışlar Uolton hava limanı yaxınlığında qeydə alınıb.

Telekanalın mənbəsinin sözlərinə görə, ərazidə Hindistana məxsus kəşfiyyat üçün istifadə olunan pilotsuz uçuş aparatı zərərsizləşdirilib. 

Xatırladaq ki, Hindistan mayın 7-nə keçən gecə Pakistanda “terror infrastrukturu”na qarşı “Sindur” əməliyyatına başladığını elan edib və ölkə ərazisinə zərbələr endirib. Pakistan isə buna Hindistan ərazisindəki hədəflərə zərbələr endirməklə cavab verib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью