Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Pakistanın Xayber-Paxtunxva əyalətində mikroavtobusun dərəyə aşması nəticəsində 6 nəfər həlak olub, 7 nəfər ağır yaralanıb.
XQ xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, qəza Buner rayonunda mikroavtobusun döngədə idarəetməni itirməsi nəticəsində baş verib.
Polis qəzanın sürət həddinin aşılması və ya əyləc nasazlığı səbəbindən baş verməsi ehtimallarını araşdırır.