Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İslamabad, 14 iyul, Hilal Əhməd, AZƏRTAC
Pakistanda İslamabad-Lahor avtomobil yolunda avtobusun aşması nəticəsində altı nəfər həlak olub, 40 nəfər isə yaralanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin xilasetmə xidmətlərinin rəsmiləri və polis məlumat yayıb. Bildirilib ki, yaralılardan yeddisinin vəziyyəti ağırdır.
Polis, xilasedicilər və fövqəladə hallar xidmətinin digər əməkdaşları qəza yerinə gələrək yaralılara ilkin tibbi yardım göstəriblər və onları xəstəxanaya çatdırıblar. Məlumata görə, qəza sürücünün sürət həddini aşması səbəbindən baş verib.
Faktla bağlı araşdırmalar aparılır.
Hilal Əhməd
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad