Pakistanda avtobusda terror: ölən və yaralananlar var

06.01.2025

Mia.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Pakistanın Bəlucistan əyalətinin Turbat şəhərində hərəkətdə olan sərnişin avtobusu partladılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, nəticədə ən azı 4 nəfər ölüb: "5-i ağır olmaqla 32 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıblar".

Türkiyə Xarici İşlər Nazirliyi terror aktı ilə bağlı bəyanat yayaraq, hadisəni qətiyyətlə pisləyib: "Hadisədə həyatını itirənlərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyirik. Dost və qardaş Pakistana keçmiş olsun!".

Firudin Səfərli
MİA.AZ

 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью