Pakistanda avtomobil qəzası nəticəsində 16 nəfər həlak olub

22.04.2025

Azertag saytına istinadən Icma.az xəbər verir.

İslamabad, 22 aprel, Hilal Əhməd, AZƏRTAC

Pakistanda baş vermiş avtomobil qəzası nəticəsində 16 nəfər ölüb, 30 nəfər yaralanıb.

AZƏRTAC xəbər verir ki, Sind əyalətinin Cəmşoro rayonunda sərnişin avtomobili yoldan çıxaraq dərəyə düşüb.

Qəzanın səbəbləri hələ ki tam müəyyənləşməyib. Lakin ilkin məlumata görə, hadisə sürücünün sürət həddini aşması səbəbindən idarəetməni itirməsi nəticəsində baş verib.

Xilasetmə rəsmilərinin sözlərinə görə, yaralananların çoxu müalicə üçün yaxınlıqdakı Heydərabad şəhərinə göndərilib. Yaralıların çoxunun vəziyyətinin ağır olduğu bildirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью