Pakistanda avtoqəza 9 nəfər həlak oldu

26.01.2026

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Sind əyalətində yük avtomobilinin minik avtomobili ilə toqquşması nəticəsində 9 nəfər həlak olub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, daha 4 nəfər xəstəxanaya yerləşdirilib.

Camşoro dairəsindəki Mehran avtomagistralda baş vermiş qəzada yaralananlardan ikisinin vəziyyəti ağırdır. 

Qeyd edək ki, qəzaya səbəb yük avtomobilinin sürücüsü olub. Sürət həddini aşan sürücü idarəetməni itirib və məlum hadisə baş verib.

L.Tağıyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью