Pakistanda azı 145 terrorçu zərərsizləşdirilib

03.02.2026

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 3 fevral, AZƏRTAC

Pakistan polisi və hərbçiləri təxminən 50 nəfərin ölümünə səbəb olan bir sıra koordinasiyalı silahlı və bombalı hücumlardan sonra başlayan antiterror əməliyyatları çərçivəsində azı 145 terrorçunu zərərsizləşdirib. Rəsmilər bildiriblər ki, cənub-qərbi Bəlucistanın bir çox yerində başlayan və beş qadın da daxil olmaqla 31 mülki şəxsin və 17 təhlükəsizlik işçisinin ölümünə səbəb olan hücumlardan bir gün sonra – fevralın 2-də antiterror əməliyyatı keçirilib. AZƏRTAC bu barədə Pakistanın “Dawn” qəzetinə istinadla xəbər verir.

Vilayətin başçısı Sarfraz Buqti jurnalistlərə bildirib ki, qoşunlar və polis terror aktlarına dərhal reaksiya verərək qanunsuz olan Bəluc Azadlıq Ordusunun (BLA) azı 145 üzvünü öldürüb. O, son iki gündə öldürülən yaraqlı sayının onilliklər ərzində ən yüksək olduğunu bildirib.

Qeyd olunub ki, öldürülən terrorçuların arasında Əfqanıstan vətəndaşları da var.

“Dawn” qəzetinin məlumatına görə, vilayətin başçısı Hindistan və Əfqanıstanı terrorçuları dəstəkləməkdə ittiham edib və BLA-nın yüksəkvəzifəli liderlərinin Əfqanıstan ərazisində fəaliyyət göstərdiyini bildirib.

Hindistan isə bazar ertəsi günü verdiyi açıqlamada Pakistan rəsmilərinin iddialarını təkzib edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью