Pakistanda baş verən avtobus qəzası nəticəsində 4 nəfər ölüb, 24 nəfər yaralanıb AZƏRTAC

06.01.2025

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 6 yanvar, AZƏRTAC

Pakistanın Pəncab əyalətində baş verən avtobus qəzası nəticəsində 4 nəfər ölüb, 24 nəfər isə yaralanıb.

AZƏRTAC xəbər verir ki, bununla bağlı “Assosiated Press of Pakistan” məlumat yayıb. Bildirilib ki, hadisə əyalətin Kot Addu rayonunda baş verib.

İlkin ehtimala görə qəza sürücünün sürət həddini aşması səbəbindən baş verib.

Hadisə ilə bağlı araşdırmalar aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью