Pakistanda baş verən partlayışda 4 nəfər ölüb, 30 nəfər xəsarət alıb

09.11.2024

Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Pakistanın Bəlucistan əyalətində yerləşən Kvetta şəhərində dəmiryol vağzalı yaxınlığında baş verən partlayış nəticəsində azı 4 nəfər ölüb, 30 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə “Geo” telekanalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, partlayış stansiyanın kassasında qatar gələrkən baş verib.

Zərərçəkənlər şəhər xəstəxanasına çatdırılıb.

Polis hadisə ilə bağlı araşdırma aparır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью