Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Pakistanın Kəraçi şəhərindəki "Gul Plaza" ticarət mərkəzində baş verən yanğın nəticəsində ölənlərin sayı 60 nəfərə çatıb.
Moderator.az xəbər verir ki, bu barədə "Geo" telekanalı yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Məlumata görə, bu gün xilasedicilər dağıntılar altında qalanların axtarışlarını aparan zaman mağazalardan birindən 30 insanın cəsədini tapıblar.
Daha əvvəl "The Express Tribune" nəşri ticarət mərkəzində baş verən yanğında 26 nəfərin öldüyü barədə məlumat yaymışdı.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.