Icma.az, Moderator.az portalına istinadən məlumat verir.
Pakistanın cənubundakı Kəraçi şəhərindəki "Gul Plaza" ticarət mərkəzində baş verən yanğından sonra aparılan 10 günlük axtarış-xilasetmə əməliyyatı başa çatıb.
Moderator.az "Geo" telekanalına istinadən xəbər verir ki, yerli hakimiyyət orqanları faciə nəticəsində 73 nəfərin həlak olduğunu bəyan ediblər.
Məlumata görə, indiyə qədər qurbanlardan 23-nün şəxsiyyəti müəyyənləşib.
Yanğın qurbanlarının ailələrinə təxminən 35 min 700 dollar məbləğində ödəniş olunacaq.
Mütəxəssislər qrupu binanın salamat qalmış hissələrinin vəziyyətini qiymətləndirəcək.
Yanğının dəqiq səbəbini müəyyən etmək üçün məhkəmə-tibb ekspertləri ərazidə işləyirlər.
Xatırladaq ki, yanvarın 17-də əhalinin sıx məskunlaşdığı ərazidə yerləşən ticarət mərkəzinin birinci mərtəbəsində yanğın baş verib. Yanğını üç gün sonra tam söndürmək mümkün olub.