Pakistanda bina uçdu: 11 ölü

30.07.2026

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Pakistanın Lahor şəhərində baş verən bina uçqunu nəticəsində 11 nəfər həyatını itirib.

Redaktor.az xəbər verir ki, üçmərtəbəli yaşayış binası naməlum səbəblərdən dağılıb. Hadisə yerinə dərhal xilasetmə və tibbi yardım qrupları göndərilib.

Məlumata görə, dağıntılar altında qalan insanların çıxarılması üçün genişmiqyaslı axtarış-xilasetmə əməliyyatı həyata keçirilib.

Hadisə nəticəsində eyni ailənin 11 üzvü həlak olub. Dağıntılar altından çıxarılan 6 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Hazırda binanın uçma səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırmalar davam etdirilir.

Aminə ŞAHSUVARQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью