Pakistanda bombalı hücum: Çoxlu sayda ölü

25.04.2025

Icma.az bildirir, Azxeber.com portalına istinadən.

Pakistanın Bəlucistan əyalətində təhlükəsizlik işçilərini daşıyan avtomobilin yaxınlığında baş verən partlayış nəticəsində 4 nəfər ölüb, 3 nəfər yaralanıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Polis rəsmisi Naveed Ahmad açıqlama verib.

Bildirib ki, Bəlucistanın Kvetta şəhərində yol kənarındakı partlayıcı qurğu partlayıb.

Pakistanın Daxili İşlər Naziri Möhsün Naqvi bombalı hücumu pisləyib və həlak olan təhlükəsizlik qüvvələrinin ailələrinə başsağlığı verib.

Həmçinin Bəlucistan əyalətində martın sonunda baş verən bombalı hücumda 5 təhlükəsizlik işçisi həlak olub, 12-si yaralanıb.

Oksana


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью