Pakistanda daha 409 əfqan məhbus azadlığa buraxılıb

19.11.2026

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 19 noyabr, AZƏRTAC

Pakistan son bir həftə ərzində həbsxanalarda saxlanılan 409 Əfqanıstan vətəndaşını azad edərək vətənlərinə göndərib.

AZƏRTAC xəbər verir ki, bu barədə Əfqanıstanın Qaçqınlar və Repatriasiya Nazirliyi məlumat yayıb. Bildirilib ki, azad edilən şəxslər Spin Boldak və Torxam sərhəd-keçid məntəqələri vasitəsilə Əfqanıstana qayıdıblar. Onlara humanitar yardım göstərildikdən sonra doğma əyalətlərinə yola salınıblar.

Qeyd edək ki, bir neçə həftə əvvəl də Pakistan 416 əfqan məhbusu azad edərək ölkələrinə qaytarıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью