Pakistanda daha bir terror aktı: ölən və yaralananlar var

23.11.2024

Icma.az, Mia.az portalına istinadən məlumat verir.

Pakistanda son aylar tez-tez baş verən teror aktının siyahısna bu gün daha biri əlavə olunub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Hayber-Paxtunxva əyalətində həyata keçirilən bombalı hücumlarda biri polis və bir mülki şəxs həlak olub, yaralananlar var.

Pakistan mətbuatı yazır ki, vilayətin Bacaur bölgəsində iki ayrı "bombalı hücum" baş verib: "Bununla yanaşı,  Bəlucistan və Hayber Paxtunxva əyalətlərində silahı dəstələrə qaşrı əməliyuyatda 7 terrorçu öldürülüb".

Xatırladaq ki, noyabrın 21-də Hayber Paxtunxva əyalətində şiə müsəlmanları daşıyan avtobus atəşə tutulub, nəticədə 42 nəfər həyatını itirib.

Samir Musayev

MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью