Pakistanda daşqınlar onlarla insanın ölümünə səbəb olub

17.07.2025

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Pakistanda son 24 saat ərzində yağan güclü musson yağışlarının səbəb olduğu daşqınlar nəticəsində ən azı 28 nəfər ölüb, 90 nəfər yaralanıb. Bu barədə Pəncab Fövqəladə halların nəticələrinin aradan qaldırılması üzrə İdarənin nümayəndəsi Faruk Əhməd bildirib. 

Məlumatı “Anadolu” yayıb. 

Əhmədin sözlərinə görə, ölümlərin əksəriyyətinə davamlı yağışlar zamanı dam və divarların uçması səbəb olub.

Pəncab əyalətində davam edən güclü yağışlar səbəbindən çayların sahillərini basaraq dağıntılar törədə biləcəyi riski barədə xəbərdarlıq edib.

Hər il iyul-sentyabr aylarında Pakistana yağan musson yağışları ölkənin müxtəlif bölgələrində yüzlərlə insan itkisinə və böyük dağıntılara səbəb olur.

P.ƏMİRCANOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью