Pakistanda dəmir yolu stansiyasında PARTLAYIŞ: 24 ölü, 44 yaralı FOTO/VİDEO

09.11.2024

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətində yerləşən “Kvetta” dəmir yolu stansiyası yaxınlığında partlayış baş verib.
Bizim.Media Geo TV-yə istinadən xəbər verir ki, nəticədə azı 24 nəfər ölüb, 44 nəfər isə yaralanıb.
 

Bəlucistan polisinin baş müfəttişi Muzzam Ca Ənsari bildirib ki, partlayışın hədəfi quru qoşunları məktəbinin əsgərləri olub. Onun sözlərinə görə, yaralıların əksəriyyətinin vəziyyəti ağırdır.


Polisin baş komandiri Muhammad Balox qeyd edib ki, partlayışın terrorçu-kamikadze tərəfindən törədildiyi güman edilir, araşdırma aparılır.
Məlumata görə, partlayış dəmir yolu vağzalında, Pişəvərə gedən ekspress təyinat yerinə getməyə hazırlaşarkən baş verib.


Bizim.Media
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью