Pakistanda əfqan miqrantların kütləvi deportasiyası gözlənilir

27.10.2026

Icma.az bildirir, 525.az portalına istinadən.

Pakistan höküməti Pişəvər şəhərində və ətraf yaşayış məntəqələrində qeyri-qanuni məskunlaşmış Əfqanıstandan olan miqrantların kütləvi deportasiyasına hazırlaşır.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, əməliyyatın noyabrən 1-də başlanması nəzərdə tutulub.

Pakistan hüquq-mühafizə orqanlarından verilən məlumata görə əməliyyatda 120 xüsusi qrup iştirak edəcək. Onların tərkibinə xüsusi xidmət orqanlarının, polisin və Federal Axtarış İdarəsinin əməkdaşları da daxil ediləcək.

Pakistanda qeyri-qanuni məskunlaşmış əfqanların dəqiq sayı bəlli deyil. Ehtimallara əsaslansaq, söhbət on minlərlə miqrantdan gedir. Bir müddət əvvəl rəsmi mənbələr ölkədə 1,9 milyon Əfqanıstan vətəndaşının olduğu barədə məlumat yaymışdı. Onların təxmini 100 mininin sənədsiz olduğu və 300 mininin isə viza müddətinin bitdiyi bildirilirdi.

Qeyd edək ki, Pişəvar Əfqanıstanla sərhəddə yerləşən Hayber-Pahtunhva əyalətinini mərkəzidir. Əyalətin qonşu dövlətlə sərhədi 1343 kilometrdir.

L.Tağıyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью