Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

07.10.2026

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 7 oktyabr, AZƏRTAC

Pakistanın şimal-qərbində keçirilən əməliyyat zamanı 13 terrorçu öldürülüb.

AZƏRTAC “Associated Press of Pakistan” informasiya agentliyinə istinadla xəbər verir ki, əməliyyat Xayber Paxtunxva əyalətinin Şimali Vəziristan rayonunda kəşfiyyat məlumatları əsasında həyata keçirilib.

Bildirilib ki, təhlükəsizlik qüvvələri terrorçuların sığınacaqlarını hədəfə alaraq 13 nəfəri öldürüb.

Pakistanın Baş naziri Şahbaz Şərif əməliyyatda iştirak edən təhlükəsizlik qüvvələrini təbrik edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью