Pakistanda girov böhranı: Qatara hücumu nəticəsində 150 ​​nəfər..

16.04.2025

Tribuna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bəlucistan əyalətində 450 nəfərin olduğu qatara hücumdan sonra 150 sərnişinin xilas edildiyi bildirilib.
Tribunainfo.az xəbər verir ki, bu barədə “Gazeteduvar” məlumat yayıb.

Açıqlamaya görə, 27 hücumçu öldürülüb.

Belə ki, Bəlucistanın Kvetta şəhərindən Hayber-Paxtunxva əyalətinin Pişəvərə gedən qatar silahlı şəxslər tərəfindən dayandırıldıqdan və sərnişinlər girov götürüldükdən sonra təhlükəsizlik qüvvələri tərəfindən həyata keçirilən əməliyyat hələ də davam edir.

Dəniz Pənahova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью