Pakistanda güclü zəlzələ oldu

05.12.2024

Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.

Pakistanda 5,3 bal gücündə zəlzələ baş verib.

"Unikal" xəbər verir ki, zəlzələ paytaxt İslamabad da daxil olmaqla bir sıra əyalət və rayonlarda hiss olunub.

İslamabad Milli Seysmik Monitorinq Mərkəzinin məlumatına görə, zəlzələnin episentri İslamabaddan 120 kilometr aralıda yerləşən Xarian şəhərində olub.

Zəlzələ əhali arasında təşviş yaradıb. İnsan tələfatı qeydə alınmayıb.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью