Pakistanda hərbi əməliyyatlar zamanı 9 yaraqlı öldürülüb

28.10.2026

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 28 oktyabr, AZƏRTAC

Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətində keçirilən iki ayrı hərbi əməliyyat nəticəsində 9 yaraqlı öldürülüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Pakistan ordusunun Xidmətlərarası İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb. Bildirilib ki, əməliyyatlar Kaçhi və Vadh rayonlarında keçirilib. Əməliyyatlar zamanı silah və sursat da aşkarlanıb.

Ordunun məlumatına görə, bölgələrdə digər yaraqlıların aşkar edilməsi və zərərsizləşdirilməsi məqsədilə tədbirlər davam etdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью