Pakistanda hərbi kolona hücum: Ölənlər və yaralılar var

16.03.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Pakistanın Bəlucistan əyalətində ölkənin sərhəd qoşunlarına aid hərbi kolona qarşı bombalı hücum həyata keçirilib.

Oxu.Az "Türkiye" qəzetinə istinadla xəbər verir ki, hadisə nəticəsində beş əsgər həlak olub, ən azı 12 hərbçi yaralanıb.

Hücumu intiharçı-terrorçunun həyata keçirdiyi bildirilir. Belə ki, o, partlayıcı maddələrin olduğu nəqliyyat vasitəsini hərbi kolonun üzərinə sürüb.

Məlumata görə, hücumu ekstremist "Bəlucistan Azadlıq Ordusu" qruplaşması təşkil edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью