Pakistanda iki ardıcıl qanlı hücum: ölənlər var

16.07.2026

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Pakistanın Xayber Paxtunxva əyalətində baş verən iki ayrı silahlı hücumda ən azı 3 polis əməkdaşı həlak olub, 20 nəfər yaralanıb.

Axar.az xəbər verir ki, birinci hücumda silahlı şəxslər əyalətin Yuxarı Dir bölgəsində təhlükəsizlik qüvvələrinin karvanını hədəfə alıblar. Üç polis əməkdaşı ölüb, 15 nəfər yaralanıb.

Bir neçə saat sonra Bannu şəhərindəki polis qərargahına bomba yüklü maşınla ikinci hücum həyata keçirilib. Bu hücumda yaralananların ən azı 5-i polis əməkdaşıdır.

Hələlik heç bir şəxs və ya təşkilat hücumlara görə məsuliyyəti öz üzərinə götürməyib. Təhlükəsizlik qüvvələri hadisələrlə bağlı araşdırmaya başlayıb və bölgədə təhlükəsizlik tədbirləri artırılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью