Pakistanda iki hücum 8 nəfər öldürülüb

23.03.2025

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Pakistanda eyni vaxtda iki silahlı hücum olub.

Bu barədə Modern.az xarici mətbuata istinadən xəbər verir.

Bəlucistan əyalətinin Kalat rayonunda naməlum silahlı şəxslərin hücumu nəticəsində 4 nəfər həlak olub. Qeyd edilir ki, Nuşki şəhərində patrul avtomobilinin atəşə tutulması nəticəsində 4 polis əməkdaşı həyatını itirib.

Pakistan Prezidenti Asif Əli Zərdari insan tələfatından dərindən kədərləndiyini bildirib və silahsız insanları hədəfə alan terrorçulara qarşı təsirli tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью