Pakistanda “kamikadze” özünü partladıb

18.11.2025

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı,18 noyabr, AZƏRTAC

Pakistsanın Bannu rayonunun Surani bölgəsində “kamikadze” özünü partladıb.

AZƏRTAC “Associated Press of Pakistan” (APP) agentliyinə istinadla xəbər verir ki, intihar edən şəxs motosikletdə olub və hadisə yerinə çatan kimi özünə xətər yetirib.

Partlayış səsi yaxınlıqdakı ərazilərdən eşidilib, hüquq-mühafizə orqanları və təhlükəsizlik qüvvələri dərhal reaksiya verib.

Polis rəsmiləri bildiriblər ki, hadisə zamanı insan və ya mal itkisi baş verməyib. Hücum edən şəxs yerindəcə ölüb.

Səlahiyyətlilər hadisədən sonra bölgədə təhlükəsizlk tədbirlərini gücləndiriblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью