Pakistanda kamikadze partlayış törətdi: ölənlər var

04.03.2025

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Pakistanın şimal-qərbində, Hayber-Paxtunxva əyalətində terrorçu-kamikadzenin özünü partlatması nəticəsində azı 9 nəfər həlak olub, azı 18 nəfər yaralanıb.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Hadisə Bannu dairəsində baş verib. Hücumun hədəfi təhlükəsizlik strukturları olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью