Pakistanda kömür mədənində partlayış: 4 ölü

14.09.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətinin Harnai şəhərində kömür mədənində qaz partlayışı baş verib.

Bakıvaxtı.az xəbər verir ki, Hadisə nəticəsində 4 mədənçi həlak olub, 5 nəfər isə yaralanıb.

“The Nation” qəzetinin məlumatına görə, partlayışdan sonra 5 mədənçi yeraltında qalıb. Onlar Pakistan qüvvələrinin həyata keçirdiyi xilasetmə əməliyyatı nəticəsində mədəndən çıxarılıb.

Yaralılar tibbi yardım göstərilməsi üçün Kvetta şəhərindəki xəstəxanalara çatdırılıb.

Murad İsmayıl 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью