Pakistanda mədən çökdü: Ölənlər var

13.01.2025

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Pakistanın Bəlucistan əyalətinin mərkəzi Kvettadan 40 kilometr aralıda kömür mədənində çökmə nəticəsində qalan 12 nəfərin cəsədi tapılıb.

"Cebheinfo.az" xəbər verir ki, səlahiyyətlilər ərazidə xilasetmə əməliyyatının başa çatdığını açıqlayıblar.

Cümə axşamı axşam Pakistanda baş verən mədən faciəsindən bəd xəbər gəlib.

Bildirilib ki, Bəlucistan əyalətinin mərkəzi Kvettadan 40 kilometr aralıda kömür mədənində qaz sıxılması nəticəsində baş verən partlayışdan sonra baş verən çökmədə sıxışan 12 nəfərin cəsədi tapılıb.

Xilasetmə qrupları mədəndəki bütün cəsədlərin çıxarıldığını bildirib və xilasetmə əməliyyatının tamamlandığını açıqlayıb.

Mədən rəisi Əbdül Qani Bəluç dünən keçirdiyi mətbuat konfransında xilasetmə işlərinin 60 saat davam etdiyini və partlayışdan sonra mədənin əsas girişinin bağlandığını deyib.

Bəluç partlayışın ilk günü 3, ikinci gün 1 mədənçinin, dünən isə 8 mədənçinin cəsədinin tapıldığını söyləyib.

Pakistanın Baş naziri Şahbaz Şərif isə itkilərdən kədərləndiyini bildirib.

Nigar Hacılı 
"Cebheinfo.az"

 

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью