Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Pakistanın şimal-qərbindəki Xayber Paxtunxva əyalətində mərmər mədəni çöküb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bədbəxt hadisə nəticəsində 9 nəfər ölüb.
Xilasetmə qrupunun hadisə ilə bağlı yaydığı açıqlamada qeyd olunub ki, dağıntılar altından 12 işçi çıxarılıb; onlardan doqquzu ölüb, üçü isə xəsarət alaraq yaxınlıqdakı xəstəxanalara aparılıb.
Əyalət rəsmisi Sohail Afridi çökmənin səbəbi ilə bağlı hərtərəfli araşdırmanın başladığını açıqlayıb.
İbrahim Cəfərov