Pakistanda məktəb avtobusunun partlaması nəticəsində 4 uşaq ölüb

21.05.2025

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətində məktəb avtobusunun partlaması nəticəsində azı 4 məktəbli ölüb.

Ölkə.az xəbər verir ki, bu barədə “Dawn” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, daha 38 nəfər yaralanıb. 

Yaralıların ən yaxın xəstəxanaya aparıldığı, hüquq-mühafizə orqanlarının isə hadisə yerində araşdırmalara başladığı bildirilir.

Həmidə İbrahimova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью