Icma.az bildirir, 525.az saytına əsaslanaraq.
Pakistanın Peşavər şəhərinin Afridi Abad bölgəsindəki özəl məktəbin tavanı uçub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, tavanın uçması nəticəsində 32 şagird və 1 müəllim həyatını itirib, 20 nəfər yaralanıb. Yaralılardan üçünün vəziyyəti daha ağırdır. Onlar başlarından xəsarət alıblar.
Hakimiyyət orqanları dağıntılar altında qalan şagirdlərin xilas edilməsi işlərinin başa çatdığını və ərazidə başqa yaralıların olmadığını açıqlayıblar.
İbrahim Cəfərov