Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.
Pakistanda musson yağışlarının yaratdığı sel və torpaq sürüşmələrindən sonra axtarış-xilasetmə işləri davam edir. Ölənlərin sayı 344-ə yüksəlib, 150-dən çox insan itkin düşüb.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin. Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Pakistanın şimal-qərbində minlərlə xilasetmə işçisi palçıq altında itkin düşənləri axtarmağa davam edir.
Bölgədə musson mövsümü olduğu üçün yağışda axtarış-xilasetmə işləri aparılır.
Təbii fəlakətdən ən çox zərər çəkən Xeybər vilayətinin Buner rayonunda 10-12 kənddə kütləvi dağıntılar olduğu bildirilir
Təkcə bu ərazidə ölənlərin sayının ən azı 208 olduğu bildirilir.
Şanqla rayonunda da onlarla insan itkin düşüb.
Orxan