Pakistanda nəzarətburaxılış məntəqəsi terrorçuların əlinə keçdi: Ölənlər və yaralananlar var

21.12.2024

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Pakistanın şimal-qərb əyaləti olan Hayber-Paxtunxvada silahlı qruplaşmaların nəzarət-buraxılış məntəqəsinə hücumu nəticəsində azı 16 hərbçi həlak olub.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "The Times of India" xəbər yayıb.

Bildirilir ki, hücum nəticəsində daha beş nəfər ağır yaralanıb.

Məlumata görə, məntəqəyə 30-a qədər terrorçu hücum edib, atışma bir neçə saat davam edib.

Qeyd edilir ki, terrorçular nəzarət-buraxılış məntəqəsini ələ keçirməyə, oradakı rabitə avadanlığını məhv etməyə və silahları ələ keçirməyə nail olublar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью