Dogru.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Pakistanın Dera İsmayıl Xan şəhərində toy mərasimi zamanı intiharçı hücumu baş verib.
Doğru.az xəbər verir ki, “Tribune Express” nəşrinin məlumatına görə, partlayış yerli icma başçısının evində qeydə alınıb. Hadisə nəticəsində azı 5 nəfər ölüb, 10 nəfər yaralanıb.
Polis ölənlərin sayının arta biləcəyini açıqlayıb. Yaralılar xəstəxanalara yerləşdirilib, hadisə ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, bundan əvvəl Əfqanıstanın paytaxtı Kabil şəhərinin mərkəzində də partlayış baş vermişdi.
DOĞRU.AZ