Pakistanda partlayış nəticəsində 4 nəfər ölüb

14.09.2026

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ötən bazar günü Pakistanın Harnay şəhərində kömür mədənində baş vermiş partlayış nəticəsində dörd mədənçi həlak olub.

"Report" "Dawn" nəşrinə istinadən xəbər verir ki, daha dörd nəfər ağır yaralanıb.

"Partlayışdan sonra baş verən yanğın zamanı səkkiz mədənçi şaxtada köməksiz vəziyyətdə qalıb", - Bəlucistan mədənləri üzrə baş müfəttiş Məhəmməd Atif nəşrə bildirib.

Xilasedicilər dörd mədənçini sağ tapsalar da, daha dörd mədənçinin meyitini aşkarlayıblar.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью