Pakistanda partlayış: ölənlər var

02.08.2026

Icma.az bildirir, Axar.az portalına istinadən.

Pakistanın şimal-qərbindəki Xayber Paxtunxva əyalətində polis bölməsinin yaxınlığında kamikadzenin partlayış törətməsi nəticəsində ən azı yeddi nəfər ölüb, 18 nəfər yaralanıb.

Axar.az xəbər verir ki, bu barədə "Dawn" qəzeti məlumat yayıb.

Svat Rayon polis rəisi Ömər Xanın sözlərinə görə, terrorçu binanın girişində polis əməkdaşları onun üzərində axtarış aparmaq istəyən zaman partlayıcı qurğunu işə salıb.

Təhlükəsizlik qüvvələri hadisə yerini mühasirəyə alıb və istintaq qrupları işləyir. Yaralılar xəstəxanaya çatdırılıb.

Bildirilib ki, partlayış Kabal Çovk yaxınlığında baş verib və həmin vaxt Svat vadisində terrorçu fəaliyyətinin artmasına etiraz olaraq böyük bir mitinq keçirilirdi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью