Pakistanda patrul dəstəsinə hücum: 4 polis öldü

24.03.2025

Axar.az saytına istinadən Icma.az xəbər verir.

Pakistanın Bəlucistan əyalətinin Nuşki şəhərində patrul dəstəsinə silahlı hücum olub.

Axar.az xəbər verir ki, məlumatı “Xinhua” agentliyi yayıb.

Bildirilib ki, naməlum terrorçular Nuşkidəki Qəribabad rayonu yaxınlığında polis patrul maşınına qarşı pusqu qurublar. Hadisə nəticəsində 4 hüquq-mühafizə əməkdaşı ölüb. Təhlükəsizlik qüvvələri dərhal hücum edənləri tapmaq üçün axtarış əməliyyatına başlayıblar.

Qeyd edək ki, hücuma görə hələ heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью