Pakistanda paytaxta giriş bağlanılıb Etirazçılara atəş açmaq əmri verilib AzPolitika onlay…
Icma.az, Azpolitika.az saytına istinadən bildirir. Sabiq baş nazir İmran Xanın azadlığa buraxılmasını istəyən minlərlə tərəfdarı paytaxt İsl
Daha öncəki toqquşmada, bir neçəsi ciddi olmaqla, onlarca polis əməkdaşı yaralanıb.
Polis İ.Xanın minlərlə tərəfdaşına qarşı gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə edib.
Paytaxta giriş bağlanılıb, mobil internet xidməti vaxtaşırı kəsilir.İddialara görə, İ.Xanın tərəfdarları İslamabad və digər böyük şəhərlərdə ictimai önəmli yerləri tutmaq istəyir.
Onların fevral seçkilərindəki saxtakarlığa və hökumətin məhkəmələr üzərində nəzarətini gücləndirməyə icazə verən konstitusiya dəyişikliyinə etiraz etdikləri bildirilir.Güvənlik qüvvələrinin fikrincə, paytaxta 9-11 min etirazçı daxil ola bilər.
İ.Xanın partiyası onların sayca qat-qat çox olacağını bildirib.
Sosial şəbəkələrdə yayılan videolarda keçmiş baş nazir tərəfdarlarınin əleyhqaz və qoruyucu gözlüklər taxdığı görünür.Ölkə rəsmiləri mümkün zorakılığın önünü kəsmək üçün İ.Xanın partiyası ilə danışıqlar aparır.
Daxili işlər naziri Möhsin Nəkvi etirazçılara aksiyalarını paytaxtdan kənarda keçirməyə icazə verməyə hazır olduğunu bildirib və əlavə edib ki, onlar şəhərə girərsə, polis kəskin tədbirlərə əl atacaq.
Tam oxu
Xəbəri oxu