Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
Pakistanın şimal-qərbində baş verən terror aktı nəticəsində azı 14 nəfər həlak olub, 20 nəfər isə yaralanıb.
Avtosfer.az xəbər verir ki, hadisə Xayber-Paxtunxva əyalətində polis bölməsinin yaxınlığında qeydə alınıb.
Bildirilir ki, polis əməkdaşları şübhəli şəxsi bölmənin girişində saxlayaraq üzərində axtarış aparmaq istəyən zaman kamikadze üzərindəki partlayıcı qurğunu işə salıb.
Hadisədən sonra ərazi təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb, yaralılar xəstəxanalara çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Məlumata görə, partlayış Svati vadisində terror hadisələrinə etiraz aksiyasının keçirildiyi Kabal-Çouk meydanının yaxınlığında baş verib.