Pakistanda polis maşını atəşə tutuldu: 3 ölü, 6 yaralı

14.08.2025

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Pakistanın Xeybər-Pahtunhva əyalətində polis maşınına silahlı hücum edilib.

Axar.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi Pakistan polisinə istinadla məlumat yayıb.

Məlumata görə, polisin cəld reaksiya qüvvələrinin olduğu furqon Yuxarı Dir rayonunda atəşə tutulub. Nəticədə 3 polis həlak olub, 6 nəfər isə yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb. Onlardan bir neçəsinin vəziyyəti ağırdır.

Təhlükəsizlik qüvvələri ərazidə əməliyyata başlayıb.

Hücumu “Təhriki Taliban Pakistan” terror qruplaşması öz üzərinə götürüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью