525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Pakistanın şimal-qərbindəki Xayber Paxtunxva əyalətində silahlı şəxslər polis maşınlarına atəş açıblar.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kohat polis sözçüsü Məhəmməd Numan Zeb Pakistanın "Express Tribune" qəzetinə bildirib.
O qeyd edib ki, qanunsuz qızıl hasilatına qarşı əməliyyata gedən polis qrupu Əfqanıstan sərhədi yaxınlığında, Xayber Paxtunxva əyalətinin Kohat rayonunda silahlı hücumçular tərəfindən pusquya salınıb.
Hücumda 11 polis məmuru ölüb, 12 nəfər isə yaralanıb. Beş polis maşını da yandırılıb.
Hücuma görə hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib. Hücum edənlərə qarşı əməliyyat başlayıb.
İbrahim Cəfərov