Pakistanda polis qərargahı hücuma məruz qalıb, ölənlər var

24.11.2025

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Pakistanın Peşəvər şəhərində Federal Polis İdarəsinin qərargahı terrorçu-kamikadzenin hücumuna məruz qalıb.
APA xəbər verir ki, bu barədə Dawn mənbələrə istinadən məlumat yayıb.

Qeyd edilir ki, hadisədən sonra təhlükəsizlik qüvvələri ilə silahlılar arasında qarşıdurma olub və iki terrorçu zərərsizləşdirilib.

"Reuters"in məlumatına görə, partlayış nəticəsində 3 nəfər həlak olub. Yaralılar barədə məlumat açıqlanmayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью