Oxu.az saytına istinadən Icma.az xəbər verir.
Pakistanın iki vilayətində qar və leysan yağışları nəticəsində beş nəfər həlak olub.
Oxu.Az bu barədə "Dawn" nəşrinə istinadən xəbər verir.
Bildirilir ki, Gilgit-Baltistanda güclü qardan sonra Diamerdəki qüllənin evin üzərinə çökməsi bir ailənin dörd üzvünün həyatına son qoyub, daha iki nəfər yaralanıb. Bəlucistanın Job şəhərində isə leysan nəticəsində damın uçması bir uşağın həlak olmasına səbəb olub, iki nəfər xəsarət alıb.
Pakistan Meteorologiya Departamentinin proqnozuna görə, ölkənin bəzi bölgələrində yağış və qar davam edəcək.