Icma.az, Turkstan.az saytına istinadən bildirir.
Pakistanda sərnişin qatarının relsdən çıxması nəticəsində 5 nəfər ölüb, 30-dan çox insan yaralanıb.
Turkustan.az xəbər verir ki, Peşəvərə gedən sərnişin qatarı Multan şəhərində, Şer Şah dəmir yolu stansiyasının yaxınlığında relsdən çıxıb.
Səlahiyyətlilərin məlumatına görə, sərnişinlər 13 vaqondan təxliyə edilib, bir vaqonda isə xilasetmə işləri davam etdirilir.
Qəzanın səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırmaya başlanılıb.
Aytən Yaşar/Turkustan.az